Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Effektiv Satış sisteminin qurulması" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 14-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Azad Qəhrəmanov tərəfindən " Effektiv Satış sisteminin qurulması " adlı təlim keçirilib. 27 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən Korporativ müştərilərin tapılması və qazanılmasının asanlaşması; Görüşlərin satışa çevrilmə faizinin yüksəlməsi ; Danışıqlar prosesinin daha nizamlı və rahat keçməsi metodları haqqında ətraflı məlumat verilib . Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib . Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təlim, məsləhət və şəbəkələşmədə dəstək xidmətləri üçün Naxçıvan KOBİM - ə müraciət edə bilərlər, xidmətlər ödənişsiz həyata keçirilir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...