Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Risklərin idarəolunması" adlı təlim keçirilib .

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Mayın 17-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Elxan Sultanlı tərəfindən " Risklərin idarəolunmasıi " adlı təlim keçirilib. Təlim zamanı Risklərin kvalifikasiyası ; Riskin İdarə edilməsi yeni bilik sahəsi kimi ; Risklərin növləri ; Riskin idarə edilməsi prosesinin təşkili və Riskin araşdırma üsullarından bəhs edilib . Risklərin müəyyən edilməsi və nəzərə alınması, keyfiyyəti idarəetmə sisteminin effektivliyinin artırılması və daha yaxşı nəticələrə nail olmaq üçün bir sıra mövzular ətrafında müzakirələr aparılmışdır . Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib . Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təlim, məsləhət və şəbəkələşmədə dəstək xidmətləri üçün Naxçıvan KOBİM-ə müraciət edə bilərlər, xidmətlər ödənişsiz həyata keçirilir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...