Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Turizm İşinin təşkili" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 16-da Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Əli Cabbarov tərəfindən " Turizm işinin təşkili" adlı təlim keçirilib. 12 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən Turizm haqqında əsas anlayışlar truzmin real tarixi və növləri; Turların mükəmməl təşkil olunması, qiymətləndirmə sistemi ; Transport işinin düzgün təşkili ; Restoranlarla əməkdaşlıq qaydaları və qidalanma növləri ; Sığorta sistemləri və maşınların icarəyə verilməsi ; Daxili turizmdə SWOT analiz haqqında ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib .
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...