Təlim xidmətləri
Bazar iqtisadi münasibətləri şəraitində biznes mühitində təlimlərin və müxtəlif maarifləndirmə proqramlarının rolu danılmazdır. Respublikamızda da istər sahibkarlıq seqmentində, istərsə də iqtisadiyyatın digər sahələrində təlim xidmətlərinin əhəmiyyəti günü-gündən artmaqdadır. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də KOB İnkişaf Mərkəzləridir. KOBİM-lər artıq ölkənin müxtəlif bölgələrində sahibkarların maarifləndirilməsi istiqamətində müxtəlif mövzularda təlim proqramları həyata keçirir. Təlim proqramları sahibkarların və ya sahibkar olmaq istəyən şəxslərin fəaliyyətinin innovativ stimullaşdırılmasına xidmət edir. Naxçıvan KOB İnkişaf Mərkəzi Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, o cümlədən, sahibkar olmaq arzusunda olan şəxslərin maarifləndirilməsi istiqamətində aşağıdakı təlim xidmətlərini həyata keçirir:
Biznesə başla
Kənd təsərrüfatı
Biznes planın hazırlanması
Turizm
Maliyyə, muhasibatlıq və analitikası
İxrac
Fərdi inkişaf (Soft skills)
Biznes hüququ və korporativ müqavilələr
Keyfiyyət menecmenti
İnsan resurslarının idarə olunması
SƏTƏM
Satınalmalar
Yerli və ənənəvi məşğuliyyət növlərinin stimullaşdırılması
Sosial media marketinq
Satış kanallarının müəyyən olunması
Sığorta bazarı və biznesin sığortası
Firmanın inkiaf strategiyası
Vergi və DSMF hesabatları
ISO 22000 Qida təhlükəsizliyi idarəetmə sistemi
Kənd təsərrüfatının məhsullarının ixracı
İxracla bağlı İSO sertifikatı, (Global GAP) və s.
Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı beynəlxalq təcrübə