Təlim xidmətləri
Tәlim xidmәtlәri biznesin başlanması üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. Mәrkәzindә innovativ sahibkarlığa, startaplara vә ailә biznesinә dәstәk, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın tәşviqi, KOB-ların maariflәndirilmәsi, tәlimlәrin, seminarların vә tәcrübә proqramlarının tәşkili üzrә xidmәtlәr tәqdim olunur.
Naxçıvanda sahibkarlığın inkişafına dәstәk göstәrәn Naxçıvan KOB İnkişaf Mәrkәzi artıq bir neçә aydır ki, biznesә başlamaq istәyәnlәrin, mikro, kiçik vә orta sahibkarların xidmәtindәdir.
KOB İnkişaf Mәrkәzi regionda startaplar, ailә biznesi, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın inkişafını tәşviq edir, KOB-ların maariflәndirilmәsi üçün aşağıdakı xidmәtlәri göstәrir:
Startap vә komanda işi
Effektiv işgüzar ünsiyyәt bacarıqlarının inkişafı
Startap vә innovasiya ekosistemi
Biznes planın hazırlanması
Qeyri-maliyyәçilәr üçün maliyyә vә onun idarә edilmәsi
Satış vә marketinq
Korporativ hüquq
Turizm
Biznes tәrәfdaşlığı
Sosial layihәlәr, dövlәt proqramları ilә iş
Meyvә-tәrәvәz mәhsullarının istehsalı üzrә KOB-lar arasında ekoloji tәmiz (orqanik) vә rәqabәtә davamlı mәhsulların yetişdirilmәsi sahәsindә maariflәndirmә işinin aparılması vә informasiya xidmәtinin göstәrilmәsi
Kәnd tәsәrrüfatı mәhsullarının istehsalı vә emalı sahәsindә maariflәndirmә vә informasiya xidmәtlәri
Ekoloji tәmiz kәnd tәsәrrüfatı mәhsullarının xarici bazarlara çıxış imkanlarının genişlәndirilmәsi ilә bağlı sahibkarlar arasında maariflәndirici tәdbirlәrin görülmәsi.